"Mançester Yunayted"dəki  gələcəyimi düşünmürəm”  – Ten Haq
07 may 2024 13:47 (UTC +04:00)

"Mançester Yunayted"dəki gələcəyimi düşünmürəm” – Ten Haq

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq gələcəyi ilə bağlı sualı cavablandırıb.

Lent.az xarici KİV-ə istinadla xatırladır ki, mayın 6-da İngiltərə çempionatının 36-cı turunun oyununda mankunianlılar "Kristal Pelas"a darmadağınla məğlub olub (0:4).

“Mənim gələcəyim? Mən bu barədə düşünmürəm. Komandanı bacardığım qədər hazırlayıram. Problemlərimiz çoxdur. Diqqətimi cəmlədiyim yeganə şey komandamla daha yaxşı çıxış etməkdir. Mən yalnız komandamı daha yaxşı etmək barədə düşünürəm”, - ten Haq söyləyib.

“Mançester Yunayted” 54 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar