Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə  məşhur aparıcını   günahlandırdı
26 aprel 2024 20:32 (UTC +04:00)

Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə məşhur aparıcını günahlandırdı

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib.

Lent.az xəbər verir ki, sənətçi qonaq olduğu teleproqramda ad çəkməsə də,  bir aparıcını ittiham edib. 

“Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O Cavanşirə böyük dərd verdi.

Fırıldaqçı türk vardı (keçmiş kürəkəni Kemal Mustafa İbili), efirlərə çıxıb yalan açıqlamalar verdi. Amma Cavanşirə ən böyük zərbəni kanalların birində çalışan məşhur bir aparıcı vurdu. Gerçəkləri bilmədən Cavanşiri gözdən saldı. Belə etmək olmazdı.

Cavanşir hər gecə səhərə kimi söhbət edib, mənimlə dərdləşirdi. Heç kimə əziyyət vermədi, xəstəxanaya düşmədi. Həyat yoldaşı Xalidəni də üç dəfə insult vurub. Xalidə durur, amma əri dünyasını dəyişdi”, - Əli Mirəliyev vurğulayıb. 

Qeyd edək ki, Cavanşir Məmmədov bir neçə gün bundan qabaq 70 yaşında evində ürəktutmasından dünyasını dəyişib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8517
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar