Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi
23 fevral 2024 18:00 (UTC +04:00)

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. 

Lent.az-ın məlumatına görə, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.

TƏBİB-dən bildirilib ki, R.Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib. 

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4671
avatar

Oxşar yazılar