Ramazanın birinci gününün DUASI
02 aprel 2022 18:00 (UTC +04:00)

Ramazanın birinci gününün DUASI

Bu gün Ramazan ayının birinci günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 19:20-dir.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının birinci gününün iftar duasını təqdim edir: 

Ramazanın birinci gününün iftar duası:

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

Allah orucunuzu qəbul etsin! 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5223
avatar

Sevinc Fərid

Oxşar yazılar