Bu gün Ramazan ayının on beşinci günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 19:47-dir.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on beşinci gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".
Tərcüməsi:
"İlahi, mənə bu ayda təqvalı olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!"
Allah orucunuzu qəbul etsin!