"Peyvənd vurdur, toyuq al"  - İndoneziyada qəribə kampaniya
18 iyun 2021 00:22 (UTC +04:00)

"Peyvənd vurdur, toyuq al" - İndoneziyada qəribə kampaniya

İndoneziyanın Qərbi Yava əyalətinin Çianjur şəhərinin səlahiyyətliləri peyvəndlənən yaşlılar üçün mükafat proqramı başladıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, COVID-19-a qarşı peyvənd vurduranlara toyuq hədiyyə edilir.

Bu qərar əhali arasında peyvəndlənməyə motivasiyanı artırmaq üçün verilib. Polis məmuru Apria Qalihanın sözlərinə görə, yaşlı insanlar peyvənd edilmək istəmirdilər, çünki internetdə dərmanla bağlı çoxlu şayiələr yayılmışdı. Bəzi vətəndaşlar peyvəndin koronavirüsa yoluxmadan xilas etməyəcəyinə, əksinə ciddi xəstəliklərə səbəb olacağına və hətta ölümə səbəb olacağına əmin idilər.

Bu baxımdan, polis həvəsləndirici və maarifləndirici kampaniyanı başlatmaq üçün dairə hökuməti və yerli sağlamlıq mərkəzləri ilə birləşib.

İndoneziya Səhiyyə Nazirliyinin məlumatına görə, 50 yaşdan yuxarı insanların  20 faizdən azı ilk peyvənd dozasını alıb.

Qaliha bundan əvvəl 200 sakindən yalnız 25-nin peyvənd almağa hazır olduğunu, indi müraciət edənlərin gündəlik 250 nəfərə çatdığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Oxşar yazılar