Meymunçiçəyindən daha  2 nəfər öldü:    Uşaqlar da yoluxur?
07 iyul 2022 15:43 (UTC +04:00)

Meymunçiçəyindən daha 2 nəfər öldü: Uşaqlar da yoluxur?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyindən iki yeni ölüm faktı qeydə alıb. 

Lent.az xəbər verir ki, bu barədə məlumat ÜST-ün bugünki hesabatında dərc olunub. 

Beləliklə, ilin əvvəlindən bu yana dünyada meymunçiçəyi virusundan ölənlərin sayı üçə çatıb. Hər üç ölüm halının Afrikada qeydə alındığı bildirilib. 

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus uşaqların meymunçiçəyinə yoluxması barədə də açıqlama verib:

“Uşaqların bu xəstəliyə necə yoluxması barəsində hələlik məlumat yoxdur. Amma infeksiyanın yaxın bədən təması ilə keçdiyini nəzərə alsaq, virusa tutulmuş şəxsin ailə üzvləri, uşaqları və yaxınları ilə məsafə saxlaması vacibdir”, - o, vurğulayıb. 

Xatırladaq ki, indiyədək dünyada ümumilikdə 6027 nəfərin meymunçiçəyinə yoluxması faktı qeydə alınıb. Onlardan sadəcə birinin azyaşlı olduğu bildirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6288
avatar

Sevinc Fərid

Oxşar yazılar