Məşhur restoranlar  CƏRİMƏLƏNDİ
06 iyul 2022 15:25 (UTC +04:00)

Məşhur restoranlar CƏRİMƏLƏNDİ

Havanı çirkləndirən restoranlar cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya normadan artıq tullantı atılması ilə bağlı nazirlik tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, təmizləyici qurğulara texniki xidmət göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, keçirilən növbəti monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Nizami rayonları ərazisində fəaliyyət göstərən “Pink House”, “Kişmiş”, “Sonalar Sonası”, “Üzeyir”, “Hissa”, “Qızıl Qaya” və “Qızıl Buta” restoranlarından, eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən “Yaşıl Bağ” iaşə obyektindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub. 

“Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib”. 

İctimai-iaşə obyektlərinin istismarçılarına bir daha çağırış edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.”

Ölkə ərazisində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2752

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38