"Məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur".
Lent.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, lakin bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər:
"Lakin bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər".