Koronavirusdan yenə ölənlər var -  SON STATİSTİKA
28 sentyabr 2022 17:32 (UTC +04:00)

Koronavirusdan yenə ölənlər var - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, 9 910 nəfər vəfat edib, aktiv xəstə sayı 1071 nəfərdir.

Ölkədə son sutka ərzində 3 054, hazırkı dövrədək isə 7 245 111 test aparılıb.

 

# 2241
avatar

Oxşar yazılar