Kamran Əliyev bu rayon prokurorlarına tapşırıqlar verdi
30 iyul 2024 16:00 (UTC +04:00)

Kamran Əliyev bu rayon prokurorlarına tapşırıqlar verdi

İyulun 30-da Baş prokuror Kamran Əliyev Nərimanov rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Nərimanov rayon və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, qəbulda iştirak edən 63 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq, işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar