abituriyent Ruslan Məsimov
07 may 2021 11:55 (UTC +04:00)

abituriyent Ruslan Məsimov

İmtahanda maksimum bal toplayan Ruslan: “Təhsilimi xaricdə davam etdirəcəm”

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilən imtahanlarda 1 nəfər məzun maksimum (300 bal) nəticə göstərib.

Lent.az Sumqayıt Texniki və təbiət elmləri liseyinin məzunu, abituriyent Ruslan Məsimov ilə əlaqə saxlayıb. O bildirib ki, I qrup üzrə hazırlaşır:

“Niyyətim təhsilimə xaricdə davam etməkdir. Komputer elmləri üzrə ixtisaslaşmaq istəyirəm. Hazırda Türkiyədə olan bir neçə universitetə, həmçinin Çexiya və Koreyadakı universitetlərə sənədlərimi göndərmişəm”.

R.Məsimov qeyd edib ki, indiyədək ancaq Türkiyənin bir universitetindən cavab alıb:

“Ümid edirəm ki, xaricdə təhsilimi davam etdirməyi bacaracam. Olmasa burada universitetdə oxuyacağam”.

Qeyd edək ki, R.Məsimov iki il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7569
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar