Havaların kəskin dəyişməsinin sağlamlıq üçün FƏSADLARI  - HƏKİM DANIŞDI
28 noyabr 2023 16:04 (UTC +04:00)

Havaların kəskin dəyişməsinin sağlamlıq üçün FƏSADLARI - HƏKİM DANIŞDI

Son günlərdə havaların kəskin şəkildə soyuması ilə insanlar arasında müxtəlif növ viruslar yayılıb. Hazırda virusa yoluxan insanlarda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir.

Maraqlıdır, görəsən, bu cür viruslardan qorunmaq üçün nə etməliyik?

Məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, havaların kəskin şəkildə soyuması ilk növbədə insanların düzgün geyim seçməsini tələb edir. 

Onun sözlərinə görə, havaların qısa müddət ərzində isti keçməsi insanları bir qədər arxayınlaşdırmışdı: 

“Havaların soyuq keçməsi müxtəlif virusların sıradan çıxmasına səbəb olur. İnsanlar havaya görə geyinməlidir. Soyuqdəymələrin çoxu məhz elə bu səbəbdən yaranır. Həmçinin soyuqdəyməsi olan şəxslər evdən bayıra çıxmamalı, insanlarla ünsiyyət qurmamalıdır. Əks təqdirdə, bu cür hallar xəstəliyin daha da ağırlaşmasına və insanlar arasında yayılmasına səbəb olur”.

# 2316
avatar

Arzu Qurbanlı

Oxşar yazılar