Ev tikdirmək üçün hansı sənədlər tələb olunur? - Ekspert AÇIQLADI
07 iyun 2021 19:41 (UTC +04:00)

Ev tikdirmək üçün hansı sənədlər tələb olunur? - Ekspert AÇIQLADI

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu ev tikdirmək üçün hansı sənədlər tələb olunması ilə bağlıdır.

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov Lent.az-a açıqlamasında bildirir ki, ev tikdirmək istəyən şəxs Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq torpağın əsas sənədini təsdiq olunmuş şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etməlidir. Bu zaman  torpaq sahəsində layihə çəkilmədən və çəkiləndən sonra layihə İcra Hakimiyyətinə göndərməlidir.

“Əgər torpaq  hansısa rayon ərazisində yerləşirsə, o zaman layihəni həmin rayoun icra hakimiyyətinə göndərə bilərlər. 7 iş günü ərzində layihəyə cavab verilməlidir. Bu müddət ərzində səalhiyyətli şəxslər torpağın yerləşdiyi ərazidə kommunikasiya qovşaqlarının, yaxınlıqda yüksək gərginlikli elektrik xətlərinin keçib-keçmədiyi müəyyən etməlidir. Əgər bu mənada hansısa problem yoxdursa, tikintiyə başalamaq olar. 7 iş günü ərzində icra hakimiyyəti cavab verməsə belə,  ev tikdirmək istəyən şəxs tikintiyə başlaya bilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4800
avatar

Nigar Adil

Oxşar yazılar