Dövlət Gömrük Komitəsindən kargo ilə mal gətirənlərə MÜRACİƏT
22 aprel 2022 14:04 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən kargo ilə mal gətirənlərə MÜRACİƏT

Son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, qaçaqmalçılıq faktları artıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, 2022-ci il ərzində, ümu­milik­də 29 fakt üzrə ayrı-ayrı fiziki şəxslər tərəfindən sifariş edilmiş mallar kimi göstərilən lakin, kommersiya təyinatlı mallar olduğu sübuta yetirilən və müvafiq tənbeh tədbiri tətbiq edilən işlər qeydə alınıb. Əgər keçən ilin 3 ayı ərzində cəmi 7 belə fakt müəyyən edil­mişdisə, artıq bu ilin eyni dövründə 4 dəfə çox - 29 belə fakt müəyyən edilib.

Eyni zamanda, aparılan araşdırmalar sürətli poçt daşıma şirkətləri vasitəsilə onlayn sifariş əsasında daşınması həyata keçirilən bağlamalarda şəxsi istifadə üçün icazə verilən limit məbləğindən sui-istifadə hallarının artmasını da göstərir.

Qeyd edək ki, daşıma şirkətlərinin biri tərəfindən ölkə ərazisinə gətirilən ayaqqabı yükü kimi qeyd edilən bağlamaya gömrük baxışı zamanı ayaqqabının içindən, ümumi dəyəri 118659 manat dəyərində 75 qram brilyant qaşlar aşkar edilib.

Bu kimi faktlara misal olaraq, digər bir poçt daşıma şirkəti tərəfindən ölkə ərazisinə gətirilən geyim əşyalarının içərisindən gömrük orqanından gizlədilmiş, 3 ədəd “Samsung” markalı mobil telefon, həmçinin “Maska paketi” yükləri kimi gömrük orqa­nına bəyan edilən bağlamanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, qızıl-zinət əşyaları aşkar edilərək ölkə ərazisinə qanunsuz yolla idxal edilməsinin qarşısı alınıb.

Göstərilən faktlardan əlavə həyata keçirilən gömrük yoxlamaları zamanı daha bir  şirkət tərəfindən daşınması həyata keçirilən yüklərə dair təqdim edilən məlumat­larda, 146 ədəd bağlamaya aid qiymət məlumatları faktiki yuxarı həddə olmağına bax­mayaraq “1” türk lirəsi qeyd edilib. Bu da öz növbəsində aylıq limit məbləğinin düzgün hesablanmasına mane olan hallar kimi qiymətləndirlir, qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün gös­tərilməsini  tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4680
avatar

Mehman Nəbiyev

Oxşar yazılar