"Day-daylı" xanım sürücü GÜNDƏM OLDU  -VİDEO
04 iyul 2024 10:36 (UTC +04:00)

"Day-daylı" xanım sürücü GÜNDƏM OLDU -VİDEO

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Lent.az xəbər verir ki, o, paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını bildirib. Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev feysbukdakı hesabında yazıb:

“Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür və bu məsələdə heç bir istisna ola bilməz. İstisnalar qanun qarşısında bərabərliyi pozar, bərabərliyin pozulması isə yollarda imtizamsızlıq doğurar. Fərqlənmək üçün qaydaları pozma, qaydalara əməl edərək fərqlən”.

Qalmaqallı videoda qeydə alınan avtomobilin icarəyə verildiyi deyilən "Rent a Car"dan isə bildirilib ki, onların ünvanlarına səsləndirilən ittihamlar əsassızdır:

"Yayılan videodakı qadın bizə müraciət etməyib, bizim müştərimiz olmayıb. Maşını Əli adlı kişi icarəyə götürüb. Müştəri avtomobili qadın sürücüyə verib və bu hadisə olub. Bütün məsuliyyət maşını götürən şəxsə aiddir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255
avatar

Oxşar yazılar