Daha bir mutant koronavirus aşkarlandı
24 dekabr 2020 12:00 (UTC +04:00)

Daha bir mutant koronavirus aşkarlandı

Böyük Britaniyada yeni növ koronavirus (COVID-19) infeksiyasımın daha bir mutasiyası qeydə alınıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, virus Cənubi Afrikadan ölkəyə gələn iki sərnişində aşkarlanıb. 

Bundan sonra iki ölkə arasında uçuşlar dayandırılıb.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyada tapılan koronavirusun yeni mutant forması Cənubi Afrika Respublikası, Avstraliya, Niderland, Danimarka və İtaliyada da aşkar olunub.

Dünyanın əksər ölkələri onlarla nəqliyyat, xüsusən aviasiya əlaqələrini dayandırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar