Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini K.Ramazanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən K.Ramazanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Ramazanovun sürücülük hüququ altı ay müddətində məhdudlaşdırılıb

K.Ramazanov, Lənkəranda sürücülük hüququ məhdudlaşdırılan şəxs
Bu səbəbdən sürücülük hüququ məhdudlaşdırıldı-FOTO
Oxşar yazılar

Bu BÜRCLƏR üçün pul axını açılacaq: Şanslılar kimlərdir?
19 avqust 2025 , 00:02
Enerjili qalmaq üçün həftə ərzində yeyilməli 10 QİDA
18 avqust 2025 , 19:34
Hər bürc üçün həftənin ən şanslı günü
18 avqust 2025 , 18:24
Bakıda bu körpü 10 günlük bağlanır
18 avqust 2025 , 17:17
Azərbaycanda heyvanlar üçün satılan SAXTA YEMLƏR - ARAŞDIRMA
18 avqust 2025 , 17:09
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
18 avqust 2025 , 15:43
Milli-mənəvi DƏYƏRLƏRİ təhqir edənləri hansı cəza gözləyir?
18 avqust 2025 , 15:08