Bu rayonlarda qaz kəsiləcək
10 iyun 2024 10:39 (UTC +04:00)

Bu rayonlarda qaz kəsiləcək

Bu gün Quba rayonu, Sumqayıt şəhəri və Bakının Xəzər, Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, “Quba” Qaz paylayıcı stansiyasından (QPS) qidalanan Quba rayonunun Dağlı və Nügədi kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri, həmçinin Sumqayıt şəhəri, Xəzər və Qaradağ rayonlarında qaz xətlərində görüləcək təmir-bərpa işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan zaman Quba rayonunun (37 kənd), Xəzər rayonun (Türkan kəndi, Türkan qəsəbəsi), Qaradağ rayonunun (Puta qəsəbəsi) və Sumqayıt şəhərinin (Stansiya Sumqayıt ərazisi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394
avatar

Oxşar yazılar