Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə düşəcəyi barədə SMS-lər alıblar.
Lent.az-ın xarici mediaya istinadən bildirdiyinə görə, Tele2 (Məhud məsuliyyətli ortaqlıq Mobile Telecom-Service) mobil operatorunun xidmətlərindən istifadə edən abunəçilərin mobil telefonlarına xəbərdarlıq göndərilib. Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.
“Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. 0-11-ci siniflər üçün dərslər ləğv edilir”, - məlumatda bildirilir.
Nəticədə adıçəkilən regionun sakinləri sosial şəbəkələrdə xəbərdarlığın skrinşotlarını aktiv şəkildə dərc etməyə başlayıblar. Çoxları zarafatla qeyd edib ki, hətta "şaxtalı apokalipsis" fonunda da işə getməli olacaqlar.
Baş verənlər fonunda vəziyyəti şərh etmək məqsədilə Tele2-nin mətbuat xidməti ilə əlaqə saxlanılıb. Mobil operatorun nümayəndələrinin qeyd etdiyi kimi, SMS göndərilərkən texniki nasazlıq baş verib - dərəcə simvolu sıfırla əvəz olunub.
“Yanlış rəqəm aşkar edildikdən sonra şiddətli şaxtanın baş verdiyi regionun bütün abunəçilərinə düzəliş göndərilib”, - şirkətin mətbuat xidmətindən bildiriblər.