Rusların astroloqların, sehrbazların və gizli peşələrin digər nümayəndələrinin xidmətlərinə xərclədikləri pullar yeməyə xərcləmə səviyyəsinə çatıb.
Lent.az bildirir ki, Rusiya KİV-lərinin məlumatına görə, son bir ildə fövqəltəbii xidmətlərə tələbat 20 dəfə artıb və vətəndaşların ümumi xərcləri təqribən 2,4 trilyon rubl (23 milyon dollardan çox) təşkil edib - bu, ərzaq xərcləri ilə müqayisə oluna bilən məbləğdir.
Ruslar arasında ən populyarı "çakra təmizlənməsi" adlanan üsuldur. Belə bir seansın qiyməti 15 min rubldan (147 dollardan çox) başlayır. "Neqüativin aradan qaldırılması" daha populyardır və mütəxəssislər 30 dəqiqəlik iş üçün təxminən 25 min rubl (245 dollardan çox) tələb edirlər.
Əmlak əməliyyatları bağlanarkən sehrbazların xidmətləri xüsusi yer tutur. Məsələn, bir evin alqı-satqısı üçün “enerji dəstəyi” müştəriyə əməliyyat məbləğinin bir faizinə başa gələcək.