Yeni il gecəsi o qədər kabab yedi ki, mədəsi deşildi
03 yanvar 2025 11:54 (UTC +04:00)

Yeni il gecəsi o qədər kabab yedi ki, mədəsi deşildi

Rusiyanın Novosibirsk şəhərində 150 kiloqram çəkisi olan kişi bayram ziyafəti zamanı kababı həddən artıq yediyi üçün xəstəxanaya yerləşdirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, təxminən səkkiz saat davam edən mürəkkəb əməliyyat nəticəsində onu xilas etmək mümkün olub.

Məlumata görə, kişi kababı bişirib və dostlarını qonaq çağırıb. Ev sahibi özü kababı həddən artıq yeyib və buna güclü içkilər də əlavə edib. Bir müddət sonra qarnında şiddətli ağrılar başlayıb.

O, təcili olaraq yerli Meşalkin tibb mərkəzinə yerləşdirilib. Burada həkimlər qeyri-standart yerdə aortanın yırtılması diaqnozu qoyublar. Zərərçəkənin hipertoniyası da olub. Nəticədə cərrahlar əməliyyat keçirib, bundan sonra manqal həvəskarı sağalmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6027
avatar

Oxşar yazılar