Bakının bu rayonunda su kəsiləcək
15 iyul 2024 16:36 (UTC +04:00)

Bakının bu rayonunda su kəsiləcək

Bu gün ərzində Bakının 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinədək) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Lent.az-a Dövlət Su Ehtiyyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5049
avatar

Oxşar yazılar