Bakıda bu küçə bağlanır, marşrutun istiqaməti dəyişir - YENİLƏNİB
29 aprel 2025 17:32 (UTC +04:00)

Bakıda bu küçə bağlanır, marşrutun istiqaməti dəyişir - YENİLƏNİB

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

***
16:33

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) bu gün axşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.

Lent.az xəbər verir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar