Bakının 3 rayonunda  SU OLMAYACAQ
11 yanvar 2022 10:46 (UTC +04:00)

Bakının 3 rayonunda SU OLMAYACAQ

Bakının bəzi ərazilərində su kəsiləcək.

Bu barədə  Lent.az-a "Azərsu" ASC-dən məlumat verilib. Magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

 

 

# 2592
avatar

Aytəkin Cəlali

Oxşar yazılar