Bakıda məktəb direktoruna töhmət   verildi - SƏBƏB
01 oktyabr 2022 10:10 (UTC +04:00)

Bakıda məktəb direktoruna töhmət verildi - SƏBƏB

45 nömrəli məktəbin direktoruna töhmət verilib. 

Bakı şəhər Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında araşdırma aparılıb. Nəticədə təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır. Müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

# 3651
avatar

Fidan İlqar

Oxşar yazılar