Bakıda koronavirus xəstələrini tibb bacıları müalicə edir? - ŞOK AÇIQLAMA
29 mart 2021 12:30 (UTC +04:00)

Bakıda koronavirus xəstələrini tibb bacıları müalicə edir? - ŞOK AÇIQLAMA

“Son günlər ev şəraitində baxdığım COVID-19 xəstələrinin ilk həkimləri tibb bacılarıdır. Deməli, 15 gün xəstəxanalarda işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar.

Xəstələrə deyirlər ki, biz hər şeyi öyrənmişik: “Həkimlər xəstələrə nə yazırlar, biz hamısın bilirik. Biz ağır xəstələri dirildirik, sizdə nə var ki?" Xəstələr də inanır, canların etibar edirlər tibb bacılarına”.

Lent.az bildirir ki, bu fikirləri həkim, infeksionist Vüqar Cavadzadə sosial şəbəkə hesabından paylaşıb. 

O qeyd edir ki, xəstənin 10 gündür yüksək qızdırması düşmür və deyirlər, narahat olmayın COVID-19 da elə belə olur:

Həkim, infeksionist Vüqar Cavadzadə

“Ehtiyac olmadığı halda venadaxili infuziyalar yeridilir. El dilində desək, sistem, mənə sistem vur, bədənim yuyulsun.

Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxşlərə ilk gündən deksametazon, iki antibiotik və s. kimi preparatlar vururlar. 

Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar- Kalsium qlükonat, Essensiale, Riboksin, Aktovegin. Bu dərmanları yəqin, həkimlər də təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər.

COVID-19-da laxtalanma artığı halda xəstələrə "Kalsium qlükonat" vururlar ki, xəstə əziyyət çəkməsin, o dünyaya daha tez getsin.

Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə "Essensiale" vurulur. O qədər müasir hepatoprotektorlar var ki… yaxud da "Aktovegin". Elmi cəhətdən sübuta yetirilib ki, bu dərmanın heç bir effekti yoxdur”.

Həkim-infeksionist bildirir ki, digər bir problem aptekdə yaşanılır:

“Adam gedir aptekə, deyir, evdə COVID-19 xəstəsi var, hansı dərmanlar lazımdı verin. Aptek işcisi də iki çanta yığır bahalı dərmanlardandeyir, vurun düzələcək. Xəstə yaxını da sonda görür ki, xəstəsi ağırlaşıb, boğulur. Onda yadına düşür ki, hə, həkimə müraciət etmək lazımdı. Həkim də gəlir baxır, görür ki, xəstənin saturasiyası düşüb, xəstə ağırlaşıb. Xəstəxanaya getməlidir. Xəstədə o vaxt xəstəxanaya gedir ki, artıq iş-işdən keçib.Sonra da xəstə yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar evdə öldürüb, gətirmisiz. Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra deyirlər, niyə bu qədər ölüm var”.

Həkim, infeksionist Vüqar Cavadzadənin paylaşımı ilə bağlı Lent.az TƏBİB-ə sorğu ünvanlayıb. 

TƏBİB rəsmiləri bununla bağlı əhaliyə müraciət edib:

“Çox təəssüf ki, bəzən heç tibb təhsili, bu xəstəliklə mübarizədə təcrübəsi olmayan tibb bacıları xəstələri yanlış müalicə etməyə cəhd göstərirlər. Və bunun da fəsadları ağır olur. Bəzən xəstə ağır formada xəstəxanaya daxil olur. Araşdırdıqda məlum olur ki, yanlış müalicə edilib. Belə halların yaşanmaması üçün vətəndaşlardan xahiş edirik ki, həkim təyinatı olmadan heç bir müalicə etməsinlər  
TƏBİB və əməkdaşlarımız hər zaman kütləvi informasiya vasitələrində bu barədə vətəndaşlara çağırış edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6129
avatar

Nigar Adil

Oxşar yazılar