"Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
25 mart 2023 15:40 (UTC +04:00)

"Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Lent.az xəbər verir ki, növbəti həftə (27-28.03.2023 və 30-31.03.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Oğuz rayonunda (Zərifə Əliyeva Parkı), 2-ci günü saat 14:00-dan 15:00-dək Şəki şəhərində (M.F.Axundov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

# 1827
avatar

Oxşar yazılar