Azərbaycanda koronavirusa yoluxan və ölən jurnalistlərin  SAYI
06 aprel 2021 11:09 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxan və ölən jurnalistlərin SAYI

Pandemiya başlayandan bu günə qədər Azərbaycanda 205 nəfər jurnalist COVİD-19-a yoluxub, 10 nəfər həmkarımız isə həyatını itirib.

Lent.az bildirir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) rəhbəri Müşfiq Ələsgərli özünün "Facebook" səhifısində məlumat yayıb.

Onun bildirdiyinə görə, yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral -aprel ayları aralığını əhatə edir: "Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göndərir.

Qeyd edək ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə  məlumatı ictimailəşdirənləri əhatə edir.  Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər. 

Məsələnin aktuallığını nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən  kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov  bildirib ki, bununla bağlı kriteriyalar  həftə ərzində  açıqlanacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Oxşar yazılar