Azərbaycana YAY GƏLDİ
21 iyun 2024 00:50 (UTC +04:00)

Azərbaycana YAY GƏLDİ

Azərbaycana yay fəsli daxil olub.

Lent.az xəbər verir ki, yay fəsli 21 iyun saat 00:50-də Azərbaycana daxil olur.

Yaygünəşduruşu günü Günəş günorta vaxtı üfüqdən maksimum hündürlüyə qalxır.

Yerin orbit müstəvisi və fırlanma oxu ~23,5 dərəcə meylli olduğunundan ekvatorda ilboyu gecə və gündüz 12 saat olur. Qütblərə doğru getdikcə isə bu fərq artaraq yaygünəşduruşu (qışgübəşduruşu) günü 24 saata çatır. Nəticədə Şimal yarımkürəsində bu gün 24 saat gündüz, Cənub yarımkürəsində isə 24 saat gecə olur.

Bizim yerləşdiyimiz coğrafi mövqe üçün ən uzun gündüz - 15s03d23san və ən qısa gecə - 8s56d37san müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4362
avatar

Fidan İlqar

Oxşar yazılar