Tibb Universitetində dərslər başlayır - DƏYİŞİKLİKLƏR VAR
14 oktyabr 2020 10:35 (UTC +04:00)

Tibb Universitetində dərslər başlayır - DƏYİŞİKLİKLƏR VAR

Azərbaycan Tibb Universitetinin (ATU) tədris prosesinin təşkilində bir sıra dəyişikliklər edilib.

ATU-dan Lent.az-a verilən məlumata görə, hazırda ölkədə hərbi vəziyyət və xüsusi karantin rejimi hökm sürür. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun olaraq, Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra, universitetdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəylinin sədrliyi ilə keçirilən elmi şuranın qərarına əsasən universitetin tədris prosesinin təşkilində bir sıra dəyişikliklər edilib.

ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun sözlərinə görə, Tibb (Müalicə işi), Tibbi profilaktika (İctimai səhiyyə), Stomatologiya, Əczaçılıq, Hərbi tibb (Hərbi həkim işi), Tibb bacısı, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarının bütün təhsil ili tələbələri üçün əyani təhsilalma forması nəzərdə tutulub: 

“Əyani təhsilalma formasında tədris prosesinin başlanılması  oktyabrın 15-dən nəzərdə tutulur. Əyani təhsil zamanı praktik məşğələlər zamanı qrupda tələbə sayı auditoriyaların tutumu nəzərə alınaraq, 4-6 nəfər olmaqla müəyyən edilir. Bu zaman həftəlik dərs mövzularının hansı formada tələbələrə çatdırılacağı haqqında artıq kafedra müəllimlərinə məlumat verilib”.

Qeyd edək ki, bununla yanaşı qeyri-tibb profilli fənlər üzrə ATU-da distant təhsil də davam etdirilir.

Universitetdə təhsilə start verərkən istər müəllim heyəti, istərsə də tələbələr üçün ölkədəki sanitar-epidemioloji vəziyyətə uyğun qaydalar da qoyulub. Məsələn, universitetə daxil olarkən bütün əməkdaşların və tələbələrin hərarəti təmassız termometr vasitəsilə ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların universitetə daxil olmasına yol verilmir. İş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir. Sıxlığın qarşısının alınması və sosial məsafənin təmin olunması məqsədilə tədris korpuslarının önündə, dəhlizlərdə, dərs otaqlarının qarşısında tələbələrin və əməkdaşların birlikdə toplanmasına yol verilmir.

Qeyd edək ki, 2020/2021-ci tədris ilinin payız semestri üzrə əyani təhsilə oktyabr ayının 15-dən start verilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04