Nazir Təhsil Şöbəsinin müdirini işdən çıxartdı
12 oktyabr 2020 18:07 (UTC +04:00)

Nazir Təhsil Şöbəsinin müdirini işdən çıxartdı

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyində müvafiq araşdırmalar aparılıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.

Qeyd olunanlar nəzərə alınaraq, Sahib Məmmədov Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar