Məktəbə gedən uşaqları koronavirusdan necə qoruyaq? - 10 QIZIL QAYDA
28 sentyabr 2020 12:18 (UTC +04:00)

Məktəbə gedən uşaqları koronavirusdan necə qoruyaq? - 10 QIZIL QAYDA

Sentyabrın 15-dən ibtidai siniflərdə ənənəvi dərslər başlayıb. Həftədə iki dəfə olsa da, uşaqları məktəbə gedən valideynlər koronavirus təhlükəsinə görə narahatlıq keçirir. Görəsən, dərsə gedən uşaqları virus təhlükəsindən necə qorumaq olar?

Hansı hallarda uşaqları məktəbə buraxmaq olmaz? Hansı uşaqlar risk qrupuna daxildir?

Türkiyənin uşaq xəstəlikləri üzrə mütəxəssisi-həkim Hüseyin Kıyak mövzu ilə bağlı açıqlama verib.

Lent.az Türkiyə mətbuatına istinadən yazını təqdim edir.

Həkim bildirib ki, uşaqlar əvvəlcə uşaq həkimi tərəfindən müayinə olunmalıdır. Balacalarda qan azlığı, vitamin çatışmazlığı və peyvəndləriin edilib-edilmədiyi araşdırılmalıdır.

Valideynlər uşaqlarının hər hansı bir şikayətinin olub-olmadığını yaxından izləməlidir. Əlamətləri olan uşağı məktəbə göndərməməlidirlər. Mümkünsə, həmin uşaqlar həkim nəzarətində olmalıdırlar. Uşaqlara gigiyena qaydaları (maskalar, sosial məsafə və əl yuma) öyrədilməlidir.

İndiyə qədər olan məlumatlara görə, xəstəliyin 18 yaşınadək görülmə nisbəti 8,5 faiz olsa da, xəstəliyin gedişi xroniki xəstəlik və ya risk faktoruna görə dəyişir. Uşaqlar arasında ötürülmə dərəcəsi haqqında məlumatlar məhduddur. Amma koronavirus əlamətlərinin özünün göstərdiyi uşaqların əksəriyyəti yeniyetmə qrupunu təşkil edir. Bu səbəbdən uşaq bağçası və ibtidai sinif şagirdləri epidemiyanı daha az əlamətlərlə və yüngül keçirirlər.

Həkim bildirib ki, buna baxmayaraq, bu yaş qrupunda olanlar xəstəliyi ətrafa yaya bilər: “Uşaq bağçası və 1-ci sinif uşaqları xəstəliyi asemptomatik və ya yüngül simptomlarla qarşılasa da, bəzi uşaqlarda xəstəliyin ağır keçdiyi özünü göstərir. Genetik, nevroloji, metabolik və xroniki xəstəlikləri olan uşaqlar xəstəlik üçün ciddi risk altındadır. Məsələn, piylənmə, astma, ağciyər xəstəliyi, şəkərli diabet və immunosupressiya (immunitet sistemini boğan xəstəliklər) olan uşaqlar Covid-19-a görə böyüklər qədər risk daşıyır.

Uşaqları koronavirusdan qorumağın 10 qızıl qaydası

Türkiyəli mütəxəssis uşaqları koronavirusdan qorumağın 10 qızıl qaydasını da açıqlayıb.

1. Uşaqların istiliyini ölçün və əlamətlərə diqqət yetirin.

2. COVID-19 testi pozitiv olan bir şəxslə təmasda olanla uşağınızı məktəbə göndərməyin.

3. Uşağınıza maska ​​taxın və maskadan düzgün istifadə etməyi öyrədin.

4. Həmişə çantasına ehtiyat maska ​​və şəxsi gigiyena əşyaları qoyun.

5. Yanına su qoyun, kənardan su içməməsini məsləhət verin.

6. Əl yuma və ümumi gigiyena haqqında məlumat verin.

 7. Tualet qaydalarını və gigiyenasını öyrədin.

 8. Fiziki məsafənin vacibliyini izah edin.

 9. Çirkli əllərlə ağzına, burnuna və üzünə toxunmamağı öyrədin.

 10. Yaxşı bəslənmə, kifayət qədər yuxu, idman, istirahət və yaşıdları ilə vaxt keçirmələrini təmin etmələri, öz-özlərinə qulluq bacarıqlarının qazanmaları üçün nümunə olun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar