Miqrasiya Xidmətindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə MÜRACİƏT
15 oktyabr 2020 10:57 (UTC +04:00)

Miqrasiya Xidmətindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə MÜRACİƏT

Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dan Lent.az-a verilən məlumata görə, müraciətdə dünya dövlətlərinin pandemiya ilə mübarizə apardığı bir zamanda Azərbaycanın  Ermənistanın ənənəvi işğalçılıq və təhrik siyasəti nəticəsində öz tarixinin mürəkkəb və bir o qədər də həlledici dövrünə qədəm qoyduğu bildirilir: “Azərbaycan torpaqlarının 30 ilə yaxındır davam edən işğalı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe, eləcə də qarşı tərəfin regionda humanitar vəziyyətin gərginləşməsinə yönəlmiş təxribat xarakterli hücumları sülhün və ədalətin bərpası üçün Azərbaycanı adekvat cavab tədbirləri görməyə vadar edib. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, mülki şəxslərin təhlükəsizliyinin, eləcə də məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmin olunmasıdır”.

Müraciətdə qeyd olunub ki, hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan beynəlxalq ictimaiyyətin çağırışlarına cavab olaraq humanitar atəşkəsə razılıq verib: “Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan həmişə olduğu kimi götürdüyü öhdəlikləri pozaraq atəşkəs dövründə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə də daxil olmaqla, bir çox yaşayış məntəqələrində mülki əhaliyə yönəlmiş ağır artilleriya hücumlarını davam etdirib. Nəticədə, ümumilikdə 43 dinc sakin həlak olmuş, 200-dən çox şəxs yaralanıb. Bu fakt bir daha sübut edir ki, döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı yönəlmiş cinayət törətməkdə görür. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan mübarizəsini beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və öz əzəli torpaqlarında aparır.

Sizin və mənşə ölkələrinizdə yaşayan ailə üzvləriniz, qohumlarınız, əzizlərinizin haqlı narahatlığını anlayışla qəbul edirik. Əmin ola bilərsiniz ki, Azərbaycanda təhlükəsizliyinizin təmin olunması və bundan sonra da ölkəmizdə sabitlik, sülh, əmin-amanlıq şəraitində yaşamanız üçün bütün tədbirlər davam etdiriləcək.

Ölkəmizdə hərbi vəziyyət elan olduğu vaxtdan dəstək və həmrəylik məqsədilə Dövlət Miqrasiya Xidmətinə etdiyiniz müraciətləri yüksək qiymətləndirir, bu çətin və sınaq dolu günlərdə bizimlə olduğunuza, ölkəmizin haqq mübarizəsində yanımızda olduğunuzdan qürur duyuruq.

İnanırıq ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarında erməni işğalına son qoyulacaq, regionda sülh və ədalət bərqərar ediləcək. Qarabağ Azərbaycandır!”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04