Koronavirusla mübarizə gücləndirilir - BAŞ NAZİRDƏN GÖSTƏRİŞ
07 oktyabr 2020 18:35 (UTC +04:00)

Koronavirusla mübarizə gücləndirilir - BAŞ NAZİRDƏN GÖSTƏRİŞ

Bu gün Azərbaycanın baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizəni gücləndirmək və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr olunmuş geniş müşavirəsi keçirilib.

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, müharibə şəraitində ölkədə koronavirusla mübarizənin vəziyyəti və görüləcək tədbirlər müzakirə olunub.

Baş nazir Əli Əsədov qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır.

Baş nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl edilməsinə daha ciddi nəzarət edilməlidir.

Müşavirə iştirakçıları karantin rejiminin tələblərinə daha ciddi əməl olunması üçün tədbirləri gücləndirəcəklərini bildiriblər.

Müşavirədə bütün qrumlara koronavirusla mübarizənin gücləndirilməsi üçün müvafiq göstərişlər verilib.

Müşavirədən sonra baş nazir Əli Əsədov məsələ ilə bağlı vətəndaşlara müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04