Həftənin ilk gününün  - HAVA PROQNOZU
20 sentyabr 2020 12:10 (UTC +04:00)

Həftənin ilk gününün - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz  olacaq.  

Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz  15-18 dərəcə  isti olacaq.   

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9715
avatar

Oxşar yazılar