33 dərəcə isti, leysan, dolu  - Sabahın HAVASI
29 may 2025 12:43 (UTC +04:00)

33 dərəcə isti, leysan, dolu - Sabahın HAVASI

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 29-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20248

Oxşar yazılar

Azərbaycanda  26 mindən  çox abonentin qazı kəsilir

Azərbaycanda 26 mindən çox abonentin qazı kəsilir

30 may 2025 , 13:51
Bakını toz bürüyüb

Bakını toz bürüyüb

30 may 2025 , 12:38
Sabah dəhşətli isti  olacaq - PROQNOZ

Sabah dəhşətli isti olacaq - PROQNOZ

30 may 2025 , 12:11
Balaca ürəklərə böyük sevinc - FOTOLENT

Balaca ürəklərə böyük sevinc - FOTOLENT

30 may 2025 , 11:00
Dünyanın hər yerindən minlərlə oğurlanmış iPhone  bir yerdə göründü: sxem necə işləyir?

Dünyanın hər yerindən minlərlə oğurlanmış iPhone bir yerdə göründü: sxem necə işləyir?

30 may 2025 , 10:42
Qəza törədən sürücülərə MÜRACİƏT

Qəza törədən sürücülərə MÜRACİƏT

30 may 2025 , 09:35
Birdən böyük pul qazana biləcək  6 BÜRC

Birdən böyük pul qazana biləcək 6 BÜRC

30 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

30 may 2025 , 08:28