Dövlət qulluqçusu statusu təqaüdə göndərilən müəllim və həkimlərə də şamil oluna bilər
“Azərbaycanda həkimlərin və müəllimlərin dövlət qulluğu ilə bağlı statusu müəyyən edildikdən sonra onların əmək haqlarında xeyli artım olacaq. Artımın nə qədər olacağı hələ məlum deyil, amma hesab edirəm ki, bu rəqəm 40-50 faiz ola bilər”.
Bu haqda APA-ya Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi ilə bağlı qərarın hazırlanması üçün ölkə başçısının verdiyi müddət bu ay başa çatır: “Bu ay ərzində hökumət hazırladığı qərar layihəsini ya Milli Məclisə, ya da prezidentə təqdim edəcək”.
M. Quliyev bildirib ki, dövlət qulluqçusu statusu 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilən müəllim və həkimlərə də şamil oluna bilər: “Hesab edirəm ki, 65 yaşı tamam olduğuna görə, təqaüdə göndərilən müəllim və həkimlərə də dövlət qulluqçusu adını vermək mümkün ola bilər. Amma bu məsələ ciddi ölçülüb-biçilməli və hesablanmalıdır. Çünki bu iş üçün xeyli miqdarda maliyyə vəsaiti cəlb edilməlidir”.
Deputatın sözlərinə görə, qanunvericilik buna imkan verir: “Qanunvericiliyə görə, qanunun geriyə qüvvəsi o halda mümkündür ki, o insanların əvvəlki statusunu pisləşdirməsin, yaxşılaşdırsın. Bu məsələ də yaxşılaşdırıcı addım olduğuna görə, qanun geriyə də şamil oluna bilər. Yəni, qanun qəbul olunandan əvvəl təqaüdə çıxmış şəxslərə də şamil oluna bilər, qanunvericilik bunu inkar etmir. Amma maliyyə tutumu baxımından buna nə qədər imkan olacaq, onu demək hələ çətindir. Gərək hesablamalar aparılsın”.

Oxşar yazılar

Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53
Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
13 may 2025 , 17:37
Yaşlı insanların pişik saxlaması TƏHLÜKƏLİDİR - SƏBƏB
13 may 2025 , 17:17
Kimlər peşə məktəbindən universitetə imtahansız qəbul ola bilərlər? - İXTİSASLAR
13 may 2025 , 17:03
Güclü külək XƏBƏRDARLIĞI
13 may 2025 , 16:31