Təhsil Nazirliyi: Qızıl və gümüş medalçı məzunlar nüfuzlu ali məktəblərə daxil olublar
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.
Qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və buraxılış imtahanlarının, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır. Ötən dərs ilində qızıl və gümüş medalla təltif olunmuş 53 şagirdin (37 nəfər qızıl, 16 nəfər gümüş medala layiq görülüb) hamısı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib. Qızıl və gümüş medalla təltif olunmuş şagirdlərin hamısı ən yüksək balla ölkəmizin aparıcı universitetlərinə və dünyanın nüfuzlu ali məktəblərinə daxil olublar. Ölkədə keçirilən fənn olimpiadalarının qalibləri və orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər də qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.

Oxşar yazılar
Sabahın havası ilə XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53
Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
13 may 2025 , 17:37