Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu - ELAN
07 sentyabr 2011 12:19 (UTC +04:00)

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu - ELAN

Açıq Cəmiyyət Fondları hökumətləri vətəndaşlara hesabat verən güclü və tolerant hesabatlı və güclü demokratik cəmiyyətlər qurmaq istiqamətində çalışır. Yerli səviyyədə Açıq Cəmiyyət Fondları ədalət, siyasət, ictimai səhiyyə və müstəqil KİV sahələrində irəliləyiş əldə etmək üçün bir sıra təşəbbüsləri həyata keçirir. Eyni zamanda ACİ korrupsiya və məlumat azadlığı kimi məsələlər üzrə sərhədlərin hüdudunda və dünya ölkələrində alyanslar yaradır. Fond təcrid olunmuş icmalarda insanların həyatının müdafiəsi və yaxşılaşdırılmasına böyük önəm verir.
İnvestor və filantrop Corc Soros tərəfindən 1984-cü ildə təsis edilmiş Açıq Cəmiyyət Fondları Mərkəzi və Şərqi Avropa ölkələrinə, eləcə də yeni müstəqillik qazanmış postsovet dövlətlərinə sosializm sistemindən yeni sistemə keçid prosesində yardım göstərmək məqsədilə qurulub. Bundan başqa, ACİ şəbəkəsi Afrikanın, Latın Amerikasının, Asiya və Amerikanın bəzi ölkələrində də milli fondlara malikdir. Hazırda bu qurum dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir. Hər bir fond yerli prioritetlərə əsaslanan məsələlərlə əlaqədar fərdi olaraq gündəlik fəaliyyətləri müəyyən etməyə qadir cəmiyyətdə yüksək mövqeyə malik vətəndaşlardan təşkil olunmuş idarə heyətinin ekspert təcrübəsinə etibar edir. Əlavə məlumat üçün www.soros.org. səhifəsini ziyarət edin.
1996-cı ildən fəaliyyət göstərən ACİYF-Azərbaycan qrantların verilməsi, əməliyyat layihələri və vəkillik vasitəsi ilə Azərbaycanda açıq cəmiyyət dəyərlərini aşılayır. Fond təhsil, gənclər, informasiya, ictimai idarəçilik, hüquq islahatları, gender, mməədəniyyət, ictimai səhiyyə, vətəndaş cəmiyyətinə dəstək, ictimai vəsaitlərin və gəlirlərin şəfaflığı, KİV-ə dəstək və Avropaya inteqrasiya kimi müxtəlif sahələrdə fokuslaşmışdır. Əlavə məlumat üçün www.osi.az səhifəsini ziyarət edin.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ

Bakıda yerləşəcək və İdarə Heyətinə hesabat verəcək İcraçı Direktor, İdarə Heyətinin siyasəti və göstərişlərini həyata keçirmək və fondun proqramının bütövlüyü və keyfiyyətinə təminat vermək üçün ACİYF-Azərbaycan ofisinin ümumi idarəçiliyinə cavabdeh olacaqdır.

KONKRET VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• Fondun missiyası, prioritetləri və strategiyasının işlənib hazırlanması, qiymətləndirilməsi və təshih edilməsində İdarə Heyətinə yardım göstərmək. İdarə Heyətinin qərarlarının fondun əməkdaşlarına və qrant üzrə müraciət edənlər və qrant alanlara düzgün şəkildə və vaxtında ötürüldüyünə təminat vermək.

• İdarə Heyətinin istiqamətlərinə əsasən fəaliyyət planları, proqramlar və büdcələrin işlənib hazırlanmasının təşkili, bu sənədlərin rəsmi təsdiq üçün İdarə heyətinə təqdim edilməsi və onların icrasında fondun əməkdaşlarının işinə nəzarət etmək.

• Fondun bütün personalının işə qəbulu, qiymətləndirilməsi, vəzifəyə yüksəldilməsi, əmək haqlarının ödənilməsi və vəzifədən kənarlaşdırılmasına nəzarət və təsdiq etmək və vəzifə öhdəlikləri, işçilərə dair siyasətlər və ofisin prosedural qaydalarının işlənib hazırlandığına, düzəliş edildiyinə və icrasına təminat vermək.

• Spesifik proqram büdcələri və qrant müqavilələri əsasında Proqram Direktorları və Maliyyə Direktoru tərəfindən təsdiq olunmuş xidmətlər üçün olan müqavilələr istisna olmaqla Maliyyə Direktoru ilə birgə qrant vəsaitlərinin və inzibati xərclərin ödənilməsi, fond və digər tərəflər arasında olan bütün müqavilələrin, razılaşmaların və anlaşma memorandumlarının imzalanması.

• Fondun maliyyə əməliyyatlarının yoxlanılması üçün kənar auditorların işinin təşkili və fondun müvafiq qanunlar və müqavilələrin müddəalarına uyğun fəaliyyət göstərdiyinə təminat vermək üçün digər zəruri tədbirlərin görülməsi; Fondun əməkdaşları, qrant alanlar və digər podratçılar tərəfindən baş verən hər hansı maliyyə və prosedural uyğunsuzluqlar haqqında İdarə heyətinə dərhal məlumat vermək.

• ACF-Nyu York, ACF şəbəkəsinin digər fondları, dövlət qurumları, digər donorlar və təsisatlar ilə əməliyyat məsələlərində fondun əsas təmsilçisi qismində çıxış etmək; İdarə Heyətinə təqdim etmək və maraqlı tərəflərə çatdırmaq məqsədilə fondun İllik Hesabatının hazırlanması.

• Fondun ictimaiyyətlə əlaqələrə dair strategiya və fəaliyyətlərinə nəzarət; Fondun İdarə Heyəti Sədrinin təşkilatçılığı ilə KİV və ictimaiyyətdə Fond adından əsas sözçü qismində çıxış etmək.

• Formal qiymətləndirmə prosedur qaydaları və proqramlar və qrant alanlara baş çəkmək vasitəsilə fondun proqramlarının effektivliyinin qiymətləndirilməsi; qrant və proqram imkanlarının bütün müvafiq namizədlər üçün mövcud olduğuna və qrant ərizəçilərinə ədalətli və hörmətlə davranıldığına təminat verilməsi.

TƏLƏB OLUNAN KEYFİYYƏTLƏR

• Sənədlərlə təsdiq ediləcək, o cümlədən qeyri-kommersiya və xeyriyyəçilik sektorunda 5 illik idarəçilik təcrübəsi;
• Müvafiq ali təhsil; sosial, humanitar və ya idarəçilik sahələrinə üstünlük verilir;
• Azərbaycanda insan hüquqları, sosial ədalət və hesabatlılığın təşviqi sahəsi ilə yaxından tanışlıq, o cümlədən şəxsi töhfələr;
• Mükəmməl yazı və şifahi ünsiyyət bacarıqları;
• Azərbaycan və İngilis dillərində səlislik;
• Ofis kompüter proqramlarından müstəqil istifadə bacarığı;
• Digərlərini kollektivdə işləməyə ruhlandırmaq qabiliyyəti;
• Qəliz şəraitdə ofis daxili və təşkilatlararası məsələlərin idarə edilməsi təcrübəsi
• Gərgin iş şəraitində məqsədlərə nail olmaq üçün uzun iş saatları işləmək və tez-tez səfər etməyə hazır olmaq.

İşə başlama tarixi: 2012-ci ilin yanvar ayı.

Əmək haqqı: Təcrübədən asılıdır

Müraciət etmək üçün: Niyyət məktubu ilə birgə tərcümeyi-halınızı və 1 oktyabr 2011-ci il tarixinədək reply@osi.az. ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsinə ED-ACİYF sözlərini daxil edin.

Telefonla zəng etməməyiniz xahiş olunur. Müsahibəyə yalnız siyahıya düşən şəxslər dəvət olunacaq.

ACİYF-Azərbaycan bərabər iş imkanları yaradan bir təşkilatdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320

Oxşar yazılar