Hacıqabulda  6 nəfərlik ailə dəmir vaqonda yaşamağa məhkum olub
26 avqust 2011 17:48 (UTC +04:00)

Hacıqabulda 6 nəfərlik ailə dəmir vaqonda yaşamağa məhkum olub

Hacıqabul rayonunun Nəvahı kəndində yaşayan Abışovlar ailəsi vaqonda yaşamaq məcburiyyətindədirlər. Ailə başçısı Arif Abışovun Lent.az-a verdiyi məlumata görə, buna səbəb bu ilin aprel ayının 22-də baş verən hadisədir: “Elektrik hava naqillərində baş vermiş qısa qapanma nəticəsində ailəmizə məxsus olan evdə yanğın baş verdi. 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül oldu. Nəticədə ailənin 6 nəfər üzvü evsiz-eşiksiz qaldıq. Məcbur həyətimizdə bir çadır quraraq yaşlı xəstə valideynlərim və iki körpə uşağımla bir çadırda yaşamağa məcbur olduq”.

A.Abışov bir çox dövlət orqanlarına müraciətlərinin heç bir fayda vermədiyini dedi: “4 aydır ki, çadırda yaşamağa məhkumuq, ailəmin vəziyyəti çox çətindir. İndi isə vəziyyət daha da ağırlaşacaq, çünki qarşıdan qarlı qış ayları gəlir”.

Şikayətçi Hacıqabul rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciətinə cavab alıb: “FHN-dən gəlib baxdılar. Dedilər ki, bu evin sığortası yoxdur, biz bu işlərə baxmırıq. İcra hakimiyyətindən isə dedilər ki, gücümüz çatmır. Adicə bir çadır belə vermədilər. Əlacsız vəziyyətdə qalmışıq”.

Məsələ ilə bağlı rayon Fövqaladə Hallar Komissiyasının sədri, Hacıqabul rayon İH başçısının I müavini Sahib Aslanov Lent.az-a açıqlamasında dedi ki, həmin ailənin müraciətini xatırlamır. Lakin o, ümumi təlimatı bildirdi: “Belə hallar üçün vətəndaş özü cavabdehdir. Texnogen vəziyyət deyil ki, biz ona yardım edək. Bu vətəndaşın sığortası olmalıydı, ödətdirməli idi”.

S.Aslanov rayona büdcədən ayrılan pulun bu problemli ailələr üçün ayrılmadığını dedi: “Vaxtilə FHN orda seldən əziyyət çəkənlər üçün 65 ev tikib. İH sadəcə iştirakçıdır, bizdə ona imkan yoxdur”.

Nailə R.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

12 may 2025 , 15:35