ARDNŞ Ramana yolunda yaşayan sakinlərə xəbərdarlıq etdi - SORĞU
Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri Sabunçu rayonu ərazisində, Ramana qəsəbəsinə gedən yolda bir qrup sakin aksiya keçirib. Məlumata görə, 200 nəfərə yaxın sakin qəsəbəyə gedən yolu kəsib, təxminən 1 saat yarım vaxt ərzində yol bağlı olub.
Sakinlərin Lent.az-a verdiyi məlumata görə, aksiya Ramana şossesi boyunca tikilən evlərinin söküləcəyi ilə bağlı aldıqları xəbərdarlığa görə keçirilib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bu gün saat 14 radələrində sakinlər yolu kəsiblər. Məlumat daxil olan kimi həmin əraziyə polis qrupları göndərilib və saat 16 radələrində yolda gediş-gəliş bərpa olunub. Qeyd edək ki, əhalinin yolu bağlaması səbəbindən nəqliyyatın hərəkəti dayanıb, ərazidə böyük tıxac yaranıb.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Şöbə müdiri Vidadi Səlimov Lent.az-a açıqlamasında həmin sakinlərin Dövlət Neft Şirkətinin ərazisində ev tikdikləri üçün aksiya keçirdiklərini təsdiqlədi: “Mən dəqiq bilmirəm, çünki başqa şöbənin müdiriyəm. Amma eşitdiyimə görə, səbəb deyildiyi kimidir. Məsələ ilə bağlı sakinlərdən heç kəs bizə müraciət etməyib”. Onu da qeyd edək ki, icra başçısı və müavinlər məzuniyyətdə olduğu üçün yalnız V.Səlimovdan açıqlama almaq mümkün oldu.
ARDNŞ-nın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Lent.az-a açıqlamasında faktı təsdiqlədi: “Bəli, həmin evlər Dövlət Neft Şirkətinin ərazisində tikilib. Amma məhkəmə qərarı olmasaydı, o evləri sökməzdilər. Demək məhkəmənin qərarı var ki, sakinlərə belə xəbərdarlıq olunub. Əlavə şərh üçün məhkəməyə müraciət edin”.
Ərazidən Milli Məclisə deputat seçilmiş Qalib Salahzadə Lent.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu dedi: “Bu evlər hansısa təzə tikintilərdir. Qeyri-qanunidir, yəqin ki, dövlətin torpağını zəbt ediblər. Rayonda bir problem yoxdu. Elə şeylər var ki, əlbəttə, vətəndaşların tərəfini saxlamaq lazımdı. Neft Şirkətinin bundan əvvəlki rəhbərləri buna icazə verməsəydi, sakinlər burda ev tikə bilməzdilər. Yəqin hardasa qanunsuzluqlar var”.
Millət vəkili sonda Neft Şirkətinin sakinlərə kömək edəcəyinə ümid etdiyini dilə gətirdi: “Yəqin ki, məhkəmə məsələni aydınlaşdıracaq. Şəriətdə də insanın başına evinin uçurulması böyük günahlardan sayılır. Neft Şirkəti imkan daxilində yəqin ki, bunlara kömək edər Çünki bunlar da Azərbaycan vətəndaşıdır. Evlərini sökdülər, bəs harada yaşasınlar?”
Nailə R.

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34