65 yaşı tamam olmuş müəllimlərlə bağlı problemə sentyabrın 1-dək aydınlıq gətiriləcək
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev bildirib. Onun sözlərinə görə, BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrində çalışan 65 yaşdan yuxarı bütün işçilərlə bağlı müvafiq təhlillər aparılıb: “Hansı müəssisələrdə bununla bağlı problemlərin yarana biləcəyi analiz olunub. Qanunvericiliyin tələblərinə əsasən, 65 yaşı tamam olan işçilər ümumi işçilərin 2 faizi miqdarında saxlana bilər. Təhsil Nazirliyi 65-70 yaşlı işçilərin işdə qalma meyarlarınmı müəyyənləşdirib. Uzun illər işləyən elə müəllimlər var ki, onlara hələ də ehtiyac var. Bir məktəbdə 65 yaşı tamam olan işçilərin sayı 8-9 nəfərdisə, onlardan 2-3 nəfəri saxlana bilər”.
B. Nəbiyev deyib ki, artıq paytaxtın təhsil müəssisələrində yaşı 65-i ötən işçilərlə əmək müqavilələrinin bağlanmasına başlanıb: “Əgər işçi əmək məzuniyyətində, xəstə deyilsə, onlarla bağlanan müddətsiz əmək müqavilələri ləğv edilir və müddətli əmək müqaviləsi bağlanır. Bakının təhsil müəssislərində 65 yaş məsələsi ilə bağlı heç bir problem yaranmayacaq”.
Sektor müdirinin sözlərinə görə, BŞTİ-nin tabeliyində olan orta məktəblərin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin 65 yaşı tamam olmuş rəhbərləri ilə bağlı siyahı da artıq hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilib.
Qeyd edək ki, hazırda Bakının orta ümumtəhsil müəssisələrində 65 yaşı tamam olmuş və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 3403 nəfər işləyir. Onlardan 39-u direktor, 2013-ü direktor müavini və müəllimlər, 59-u digər işçilər, 1292 nəfəri texniki işçilərdir.

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34