“Ötür-ötür oyununa” son qoyuldu
10 avqust 2011 18:56 (UTC +04:00)

“Ötür-ötür oyununa” son qoyuldu

Bu barədə Lent.az-a “Konstitusiya” Araşdırmlar Fondu və QHT-lərin Antikorrupsiya Şəbəkəsininin ACYF-in dəstəyi ilə həyata keçirdiyi “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinin eksperti Ələkbər Ağasiyev məlumat verib.

Onun sözlərinə görə, 2011-ci ilin mart ayından etibarən “Bakıelektrikşəbəkə” ASC-yə qarşı idda qaldıran vətəndaşların hansı rayon məhkəməsinə müraciət etməli olmaları məsələsi mübahisə predmetinə çevrilib. “Bakıelektrikşəbəkə” ASC-nin nizamnamədə göstərilən ünvanı Nərimanov rayonu Kazımzadə küçəsi 20 olub. Lakin, “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinin faktik yerləşdiyi ünvan Nəsimi rayonu Bakıxanov küçəsində yerləşib. Nəticədə istehlakçı hüquqlarının məhkəmə yolu ilə bərpasına süni maneələr yaradılıb, istehlakçılar əlavə maddi, mənəvi və vaxt itkisinə, süründürməçiliyə məruz qalıb. Həmçinin, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 60 və 62-ci maddələri ilə nəzərdə tutulan hüquqları pozulub. Bu problemin həlli üçün “Konstitusiya” Araşdırmlar Fondu və QHT-lərin Antikorrupsiya Şəbəkəsi Nəsimi və Nərimanov rayon məhkəmələrinə dəfələrlə şifahi müraciətlər edib. Eyni zamanda bir müddət əvvəl rəsmi müraciət də göndərilib.

Nəhayət, “Bakıelektrikşəbəkə” ASC Nərimanov və Nəsimi rayon məhkəmələrinə, 1 saylı Bakı İnzibatı-İqtisadi və 2 saylı Bakı İnzibatı-İqtisadi məhkəmələrinə rəsmi cavab göndərərək, təşkilatın daimi fəaliyyət göstərən orqanı Mərkəsi Aparatın Bakı şəh. Nəsimi rayonu A.Bakıxanov küç. 13 ünvanına köçdüyünü bildirib.

Ə.Ağasıyev qeyd etdi ki, bu problemin həlli ilə bağlı istehlakçıların fəallığının artmasına da ümid edir. Çünki yaranmış problem vətəndaşların öz istehlakçı hüquqlarını məhkəmə müstəvisində qorumaq səylərinə də mənfi təsir göstərib. Süründürməçilikdən bezən vətəndaşlar məhkəməyə müraciət etməyə maraq göstərmir. “Bakıelektrikşəbəkə” ASC-yə qarşı məhkəmə iddialarında da azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar