BDU tələbələri ABŞ Dövlət Departamentinin proqramını udub - FOTO
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ABŞ Ədliyyə Departamentinin Xaricdə Prokurorluğun İnkişafına Yardım Proqramının Avrasiya üzrə Regional direktorunu, ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bini və digər qonaqları qəbul edib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun UQRAD və digər təhsil mübadilə proqramları ətrafında fikir mübadiləsi aparılıb. Məlum olub ki, 2-ci və 3-cü kurs tələbələri üçün nəzərdə tutulan UQRAD proqramının müddəti 1 ildir. Maliyyə xərcləri Dövlət Departamenti tərəfindən ödənilən proqramda fizika, kimya, biologiya, iqtisadiyyat, biznes, hüquq, kompüter elmləri fakültələrinin tələbələri iştirak edə bilərlər.
BDU tələbələrinin hər il UQRAD proqramına qatıldıqlarını və yüksək göstəricilər əldə etdiyini deyən qonaqlar, nəticədən məmnun olduqlarını bildiriblər. Rektor Abel Məhərrəmov da öz növbəsində proqramla bağlı fikirlərini bölüşüb, universitetin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2 nəfər tələbəsinin yüksək müsabiqə şərtlərinə baxmayaraq, proqramın qalibləri olmalarından danışıb, universitetin bütün fakültələrində ingilisdilli qrupların yaradılmasının planlaşdırıldığından bəhs edib.
Həmçinin amerikalı təhsil işçilər Azərbaycandakı hüquq təhsili sistemi ilə maraqlanıblar və öz təcrübələrini bölüşüblər.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35