Universitetlərin boş qalan yerlərinə və texnikumlara qəbulun nəticələri açıqlandı
Bu gün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
Lent.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə istinadən xəbərinə görə, nəticələr avqustun 10-da saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.
Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1077 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7393 nəfər qəbul olub.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 12-dən 18-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 15-dən 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35