Magistratura imtahanlarının nəticələri açıqlandı
09 avqust 2011 14:53 (UTC +04:00)

Magistratura imtahanlarının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a bildirilib ki, magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 9-da saat 15:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Qəbul olan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Müsabiqə nəticəsində 327 magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2011-cu il avqustun 11-dən 19-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977

Oxşar yazılar