Əlillər cəmiyyətinin rəhbərliyinə məcburi göstəriş verilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Qələbə” Əlillər Cəmiyyətinə məxsus istehsal sahəsində yoxlama aparıb. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, yoxlama zamanı südlü dondurmaların müvafiq gigiyenik və uyğunluq sertifikatlarsız istehsal edildiyi, dondurmaların etiketində məhsulun istehsalında istinad olunan normativ sənədin nömrəsinin göstərilmədiyi və məhsulun tərkibi haqqında yanlış məlumat verildiyi, habelə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyənləşib.
Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə “Qələbə” Əlillər Cəmiyyətinin rəhbərliyinə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49