Ən çox üstünlük verilən Azərbaycan universitetləri bəlli oldu
Lent.az-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.
O bildirib ki, bu il plan yeri birinci turdan yüz faiz dolan universitetlər Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Diplomatiya Akademiyasıdır. Lənkəran və Gəncə Dövlət universitetləri də 100 faiz dolub.
M. Abbaszadə bildirib ki, bölgədəki universitetlər adətən, 50 faiz dolurdu. Ancaq bu il TQDK-nın ilk dəfə Gəncə və Lənkəranda imtahan keçirməsi öz müsbət nəticəsini göstərib: “Bu göstərdi ki, biz doğru yoldayıq”.
Eyni zamanda, Bakı Dövlət Universiteti plan yerlərinin 98,78 faizini doldurub. Özəl ali təhsil müəssisələri arasında tələbələrin ən çox üstünlük verdikləri isə Bakı Qızlar və Bakı Biznes universitetləri olub. Hər iki universitet qəbul planını yüz faiz doldurub. Qafqaz və Xəzər universitetləri isə uyğun olaraq, 96 və 94,95 faiz dolub.
Özəl ali təhsil müəssisələri arasında ən az müraciət olunan universitetlər isə Təfəkkür, Bakı Asiya və Odlar Yurdu yer alıb. Hər üç universitet plan yerlərini cəmi 46 faiz doldura bilib.
Anar GƏRAYLI

Oxşar yazılar

"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02