Uğur qazanmayan abituriyentlərə TQDK-dan şad xəbər!
05 avqust 2011 12:53 (UTC +04:00)

Uğur qazanmayan abituriyentlərə TQDK-dan şad xəbər!

Lent.az-ın məlumatına görə, bu barədə avqustun 5-də keçirilən mətbuat konfransında TQDk sədri Məleykə Abbaszadə özü məlumat verib.

O bildirib ki, bu ilk ali məktəblərə ixtisas seçimlərinin ardınca boş qalan yerlərə qəbulla bağlıdır. M. Abbaszadənin sözlərinə görə, bu il II qrup üzrə rus bölməsinin abituriyentləri üçün 294 plan yeri olsa da, buraya qəbulda cəmi 2 nəfər abituriyent iştirak edib. Azərbaycan bölməsi üzrə isə 89 boş yer qalıb. Birgə müsabiqə keçirilən boş ixtisasların sayı isə 280 olub. Ümumilikdə, II qrupda boş qalan yerlərin sayı 663-dür.

Azərbaycan bölməsi üzrə ümumilikdə 1119 abituriyent müsabiqəyə buraxılsa da, ali məktəblərə qəbul olmayıblar.

M. Abbaszadə bu problemi aradan qaldırmaq üçün bir gün ərzində bütün ali məktəb rəhbərləri ilə əlaqə saxladıqlarını və ortaq bir həll yolu tapdıqlarını söyləyib.

Beləliklə, II qrup üzrə rus bölməsi abituriyentləri üçün ayrılmış 294 yer birgə müsabiqəyə ayrılacaq və ümumilikdə, 663 yer birgə müsabiqədə iştirak edən abituriyentlərin seçiminə veriləcək.

M. Abbaszadə deyib ki, rus bölməsinin abituriyentləri üçün ayrılmış yerləri birgə müsabiqəyə verməklə, müsabiqədən kənarda qalan 1119 Azərbaycan bölməsi abituriyentinə şans yaradıblar.

III qrupda isə ikinci tur ixtisas seçimləri üçün Azərbaycan bölməsinə 350 yer, Rus bölməsində isə cəmi 4 yer qalıb. Birgə müsabiqə üçün isə 2002 boş yer qalıb. III qrupda 556 yerə 1084 nəfər iddia edir.

III qrupda əsas boş qalan yerlə özəl ali təhsil müəssisələridir. Dövlət ali təhsil müəssisələrində qalan boş yerlərin əksəriyyəti isə qabiliyyət tələb edən ixtisaslardır.

IV qrup üzrə boş qalan yerlərin sayı 92-dir. Bunlar isə əsasən idman ixtisaslarıdır.

Qeyd edək ki, ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da və ya 11-də açıqlanacaq.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2503

Oxşar yazılar